Sübhan Bəkirova vitse-admiral ali hərbi rütbəsi verildi
4 Noyabr 2022 14:40 SiyasətKontr-admiral Sübhan Kamal oğlu Bəkirova vitse-admiral ali hərbi rütbəsi verilib.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Kontr-admiral Sübhan Kamal oğlu Bəkirova "vitse-admiral" ali hərbi rütbəsi verilsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31