Azərbaycanla Əlcəzair arasında bəzi şəxslər üçün viza tələbi ləğv edildi

Azərbaycan və Əlcəzair qarşılıqlı olaraq diplomatik və xidməti pasportlara pasportlara malik şəxsləri viza tələbindən azad edir.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə" qanunda əksini tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31