QHT sədri partiyaların birləşməsini təklif edib
4 Noyabr 2022 14:04 SiyasətAzərbaycanda cəmi iki partiya olsun!
Azərbaycanda iki əsas partiyanın olması kifayətdir. "Olaylar" xəbər verir ki, bunu Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin ictimai müzakirəsi zamanı deyib. "Nümunə götürə bilərik, Amerikanı. Orada seçkilərdə hakimiyyət uğrunda iki partiya mübarizə aparır. Ona görə də bu qədər partiyanın olmasına ehtiyac yoxdur", - QHT rəhbəri bildirib. N.Cəfəroğlu digər partiyaların birləşməsini təklif edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31