Partiya sədrləri psixoloji yoxlamadan keçirilməlidir - Deputat

Alim\"OLAYLAR"İA\ "Tarix boyu liderlərin psixoloji problemlərinin olduğunu görmüşük. Ona görə də təklif edirəm ki, yeni yaradılan partiyaların sədrləri psixoloji yoxlamadan keçsin". "Olaylar"xəbər verir ki, bunu "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinə dair dinləmələrdə Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bildirib: "Mənim fikrimcə, partiya sədrləri yoxlamadan, müayinədən keçirilməlidir. Bunun səbəbi sonradan fəlakətlərlə üzləşməməyimizdir. Bununla bağlı maddə qanunda da öz əksini tapsa, yaxşı olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31