Vətəndaş yalnız bir partiyanın üzvü ola bilər - Deputat

Milli Məclisə 47 siyasi partiyadan təklif daxil olub. "Olaylar" xəbər verir ki, bu barədə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı Milli Məclisdə keçirilən ikinci ictimai dinləmədə Sosial Tədqiqatlar Mərkəzinin sədri, deputat Zahid Oruc bildirib. Deputat təkliflərin bir neçəsini açıqlayıb:"Onlardan biri Azərbaycan Respublikasının vətəndaşının yalnız bir partiyanın üzvü olmasıdır. Digər təklif isə seçkilərdə ardıcıl iştirak etməyən siyasi partiyaların ləğv edilməsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31