Ermənistan siyasi qərar qəbul etməkdə çətinlik çəkir - ÖZƏL

Ermənistan mətbuatı ilin sonuna qədər sülh müqaviləsinin imzalana biləcəyini ehtmal edir. İakin, sülh müqaviləsinin şərtlərinin nədən ibarət olması barədə açıqlama verilmir. "Olaylar" xəbər verir ki, Azərbaycan tərəfi tezliklə sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır: "Ölkəmiz buna hazırdır və hətta sülh müqaviləsinin şərtlərini qarşı tərəfə təqdim edib. Söhbət ondan gedir ki, Ermənistan bu şərtlərlə müqavilə imzalamağa hazırdır, yoxsa yox. Ermənistanın dövlət olaraq müstəqil olmaması bu ölkənin siyasi qərar qəbul etməsinə imkan vermir. Azərbaycan prezidenti İlham Əliyev isə Soçi görüşündə birmənalı şəkildə qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində hərəkət etmək vaxtıdır: "İki il əvvəl üçtərəfli Bəyanat imzalandı və çoxillik münaqişəyə son qoyuldu. İndi isə münasibətlərin normallaşdırılması istiqamətində hərəkət etmək vaxtıdır". Azərbaycanın münasibətlərin normallaşdırılması üçün bu yaxınlarda beş əsas prinsip irəli sürdüyünü xatırladan dövlətimizin başçısı bildirib: "Azərbaycan-Ermənistan münasibətləri bu prinsiplər əsasında normallaşdırılmalıdır. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir. Düşünürəm ki, münasibətlərin normallaşdırılmasına bu əsasda nail olmaq olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31