Milli Məclisdə təhsillə bağlı dinləmələr keçiriləcək

"Deputatların qaldırdıqları məsələ ilə razıyam. Ona görə də məktəblərdəki neqativ hallarla bağlı komitədə dinləmə keçirəcəyik"."Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib: "Digər diqqət yetirilən məsələ isə qanunvericiliyin təkmilləşdirilməsidir. Cəmiyyəti narahat edən məktəblərdəki vəziyyətlə bağlı lazım olarsa, qanunvericiliyi təkmilləşdirəcəyik. Bu barədə müzakirə aparılacaq. Məktəblərdə olan son hallar diqqət mərkəzindədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31