Zəfər Qələbəsi effektiv ordu quruculuğu və iqtisadi inkişafın nəticəsidir - ÖZƏL
4 Noyabr 2022 10:57 Siyasət"Ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olmuşdur. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu". Bunu "Olaylar"a deyən Yardımlı rayon Dəlləkli kənd ümumi orta məktəbin müəllimi Nərgiz İmanovanın sözlərinə görə, Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir: "İqtisadi amil ölkənin qüdrətini artırdı və Qələbəni reallığa çevirdi. 30 il davam edən beynəlxalq riyakarlıq tarixi ədalətin bərpa olunması üçün hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi. Azərbaycana qarşı düşmənçilik və etnik dözümsüzlük siyasəti 200 ildən çox davam etmişdir. 1988 -ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir".
Onun sözlərinə görə, Zəfər yolu Azərbaycan Ordusunun sentyabrın 27- də Qarabağda başladığı uğurlu əks - hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə, və 286 kənd işğaldan azad edilib. Qəhrəman hərbiçilərimizin şücaəti ,rəşadəti hesabına, şəhidlərimizin qanı- canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu: "Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev: "Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik. Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik. " Zəfərimiz qürurumuzdur".