"Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayırıq" - NATO

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycan-Ermənistan sərhədlərinin demiliasiyası üzrə komissiyanın üçüncü görüşünü alqışlayıb.

Olaylar.az bildirir ki, bu barədə NATO baş katibinin xüsusi nümayəndisi öz "Twitter" səhifəsində yazıb.

"Yaxşı xəbər var: tərəfdaşlarımız yerlərdə təhlükəsizliyin artırılması üçün zəruri olan sərhədlərin delimitasiyası məsələsini müzakirə edirlər. NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına tərəfdardır və Aİ-nin bu istiqamətdə səylərini alqışlayır", - deyə o bildirib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31