Milli Məclisin deputatı "Qəhrəman Muxtar Qasımlı” sənədli filminin təqdimatında - ÖZƏL - FOTO
3 Noyabr 2022 22:01 SiyasətOlaylar.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.
O qeyd edib ki:
"Bu gün Nizami Kino Mərkəzində Vətən müharibəsi şəhidi Muxtar Qasımlıya həsr olunan "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimat mərasimi keçirilib. Ekran işində şəhid Muxtar Qasımlının təkcə döyüş yolu deyil, bütün ömür səhifələri vərəqlənib, onun uşaqlıq dövrü, məktəb illəri, idman sahəsində əldə etdiyi uğurlar, iş həyatı filmin süjet xəttini təşkil edib. Muxtar Qasımlı Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib."


