Putin qlobal savaşdadır, onun üçün Ermənistanın bir əhəmiyyəti qalmayıb - ÖZƏL

"Soçi görüşü  onunla müşahidə olundu ki, çox fərqli bir qəbul formatı var idi".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

"Əlbəttə ki, qəbul edilən bəyanatın hüquqi dəyəri yoxdur, siyasi sənəddir. Amma biz praktikanı yaxşı bilirik ki, sonradan həmin siyasi sənədlər hüquqiləşir və necə ki, BMT-nin qəbul etdiyi 4 qətnamə bizim üçün istinad nöqtəsi idi, baxmayaraq ki, yerinə yetirilmədi. Amma o dünyanın ən böyük qanunverici orqanı tərəfindən bizim haqlı olduğumuzun isbatı idi. 

Baxsaq görərik ki, bundan əvvəlki sənədlərdə Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonası anlayışı var idi, bu dəfə olmadı. Bunu Paşinyan özü dilə gətirməyə məcbur oldu. 

Soçi görüşündəki çətir məsələsi də olduqca maraqlı idi, vida mərasimində Paşinyan ilə salamlaşmaq, İlham Əliyevin öz çətirinin altında olması və s. 

Putin qlobal savaşdadır, onun üçün Ermənistanın bir əhəmiyyəti qalmayıb artıq. Ona lazımdır ki, Qafqaz cəbhəsində sakitlik olsun. Bundan əlavə, Putini əsəbləşdirən başqa bir məsələ də Paşinyanın qərbin güclərini Ermənistana töküb gətirməsidir. Qərb Paşinyanın vasitəsilə bölgədədir. Azərbaycan isə istədiyi sülhü bağlamasa da, bunu ən yaxşı Rusiya bilir, orda qan su yerinə axacaq və Azərbaycan onları məcbur edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31