Prezidentin Protokol xidmətinə yeni rəis təyin edildi

Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini Arif Vasif oğlu Səmədov vəzifəsindən azad edilib.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam verib.

Prezidentin digər Sərəncamı ilə Arif Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31