" Azərbaycan artıq hərbi mesajlar verir"- ÖZƏL

"Xüsusi Təyinatlı Qüvvələrin cənub sərhədimizdə təlimə başlaması Müdafiə Nazirliyinin təlim planına uyğun olaraq həyata keçirilir. Təlimə başlamalarının əsas səbəbi məhz həmin ərazilərdə dağıdılmış obyektlərin çox olmasıdır. Müharibədən yeni çıxmış ərazilərdə təlim keçirmək daha effektli olacaq. Təlim poliqonu və dağıdılmış ərazidə keçirilməsi arasında çox fərq var. Bu, qərarda siyasi mesaj da var. Azərbaycanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq İranın əvvəlcə müdafiə qabiliyyətli  qoşunları orada təlimlər keçirdi. Daha sonra İranın hərbi doktrinasına görə hücum qabiliyyətli orduları təlimlərə başladı".

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib:

"Doğrudur, hər şeyi üz-gözlərinə bulaşdırdılar. Gah qrantamyotları  atmadı, gah hərbi maşınları aşdı. İstədilər ki, özlərini göstərsinlər, biabr oldular. Bütün bu, olanlara baxmayaraq, İran Azərbaycanı təxribata çəkməyə çalışdı. Azərbaycanın ölkə başcısı başda olmaqla, mediamız, dövlət qurumları bu və ya digər formada öz cavablarını verdilər. Siyasi mesajlar fayda vermədiyi üçün  İran yenə öz fitnəkar niyyətindən əl çəkmir. Azərbaycan artıq hərbi mesajlar verir. Bundan İran da dərs çıxarmalıdır. Bizim İranla problemimiz yoxdur. Çünki, İran qonşu, müsəlman dövlətdir. Orda bizim qırx milyon soydaşımız yaşayır. Bütün bunların fonunda İran ölkəsində yaşayan 180 min ermənini seçib, 40 milyon türkü bir kənara atacaqsa, biz nə üçün onun nazı ilə oynamalıyıq?
Hərbi mesajın həm siyasi,həm hərbi, həm də bioloji yükü var. Biz sözümüzü deyirik. Gerisini İran düşünsün".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31