“Bulanıq suda balıq tutmaq” sevdası

Soçi Bəyanatı Azərbaycanın maraqlarına cavab verirmi?

Azərbaycan 44 günlük Vətən müharibəsi ilə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə son qoydu. Halbuki sözügedən münaqişə uzun illər ərzində dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatların diqqət mərkəzində olub. Hətta problemin tənzimlənməsi istiqamətində çoxsaylı beynəlxalq statuslu qərar və qətnamələr qəbul edilib. Azərbaycan isə cəmi 44 gün ərzində həmin qətnamələri icra edərək torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünü təmin edib. Çox təssüf ki, 30 il ərzində özlərinin imza atdıqları sənədlərin icrasını təmin edə bilməyən həmin təsisatlar münaqişə həllini tapdıqdan sonra ortya çıxıblar. Başq sözlə, təmsil etdikləri dövlətlərin maraqlarına uyğun təkliflər paketində bulunublar. Azərbaycanın isə mövqeyi ondan ibarətdir ki, iki il öncə imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Çox təəssüf ki, Cənubi Qafqazda maraqları olan dövlətlər "bulanıq suda balıq tutmaq" sevdasına düşüblər. Yeri gəlmişkən xatırladaq ki,  ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bəyan edib ki, sözügedən prinsiplər beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür. Lakin, Ermənistanın hamisi qiyafəsində çıxış edən Fransa kimi dövlətlər heç bir əsas olmadan Qarabağ məsələsini yenidən gündəmə gətirməyə çalışırlar. Əbəs yerə deyil ki, Prezident İlham Əliyev Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilmiş ikitərəfli görüşdə qeyd etdi ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb: "Münaqişə iki il bundan əvvəl həll edilib. Bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isəçox ciddi addımlar tələb edən formatdır". Məhz dövlət başçımızın qətiyyəti nəticəsində  Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 31 oktyabr 2022-ci il tarixində keçirilən görüşdə ölkəmizin milli və dövlət maraqlarına uyğun olaraq Bəyənat qəbul edildi. Byənatda əksini tapan müddəlar deməyə əsas verir ki, Azərbaycan daim beynəlxalq hüquq normalarına və önəmli prinsiplərə sadiqdir. Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəfdardır. Çünki bəyənata əksini tapmış müddəların böyük əksəriyyəti heç də yenilik deyil. Məsələn, əvvəllər də "xalq diplomatiyası" adı altında təşəbbüslər olub. Xüsusən, dini liderlər və parlament nümayəndələri arasında dialoqun təşkil edilməsi təşəbbüsləri irəli sürülüb. Lakin hər dəfə Ermənistanın qeyri-konstruktivliyi ucbatından belə təşəbbüslərin reallaşması mümkünsüz olub. Buna baxçayaraq, sözügedən sənəddə "üçtərəfli parlamentlərarası əlaqələr" ifadəsinin salınması müəyyən mənada ümid yaradır ki, Rusiyanın təşəbbüsü ilə hansısa addımlar atıla bilər. Lakin hazırki şəraitdə belə dialoqların baş tutmasl real görünmür. Çünki Ermənistan siyasi elitası 44 günlük Vətən müharibəsində itirdiklərindən nəyisə geri qaytarmaq üçün bütün aqressiv vasitələrdən istifadə etməyə fokslaşıb. Qeyd edək ki, Azərbaycan regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Ermənistanla sülh müqaviləsinin bağlanmasına hazır olduğunu dəfələrlə bəyan edib. Üstəlik istənilən təkilfə açıq olduğunu nümayiş etdirib. Hətta bu istiqamətdə mühüm işlər görülüb və təşəbbüslər irəli sürülüb. Qalır Rusiyanın vasitə və köməyi ilə Ermənistanı sülh müqaviləsi imzalamağa razı salmaq. Əgər, Rusiya və Ermənistan Bəyənatda əksini tapmış müddəalara sadiq qalacaqsa, heç şübhəsiz ki, bölgədə sülh və əminamanlıq bərqərar olacaq, xalqların təhlükəsizliyi təmin ediləcək.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31