“İsveçrə Ermənistan-Azərbaycan savaşında Azərbaycana dəstək verir” - ÖZƏL

Erməni iddiası: "2021-ci ildə İsveçrədən Azərbaycana 26 milyard frank (avro) daxil olub"

"İsveçrə Ermənistan-Azərbaycan savaşında Azərbaycana dəstək verir"

"İsveçrə-Ermənistan Cəmiyyəti İsveçrə Federal Şurasını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırır. İsveçrədə yaşayan ermənilər iddia edir ki, erməni xalqı Azərbaycan tərəfindən soyqırıma məruz qalır.

Olaylar.az xəbər verir ki, politoloq Elbəyi Həsənli bildirib ki, İsveçrə erməniləri tələb edir ki, İsveçrə Ermənistan-Azərbaycan münaqişəsində işğalçı ölkənin adını çəksin. Yəni Azərbaycanı işğalçı dövlət adlandırsın. Yerli "20min.ch" saytında (bu qəzet 1 milyon tirajla çıxır. Xalq arasında pulsuz yayılır.) ermənilər belə deyir: "İsveçrə Ermənistana qarşı müharibədə Azərbaycanı dəstəkləyir. Çünki İsveçrədə 200-ə yaxın SOCAR yanacaqdoldurma məntəqəsi var və onlar Azərbaycana məxsusdur... SOCAR-ın illik hesabatına əsasən, 2021-ci ildə İsveçrədən Azərbaycana 26 milyard frank (hazırda frank avro-dan bahadır.) daxil olub. Bu isə o deməkdir ki, SOCAR başqa ölkələrlə müqayisədə İsveçrədən daha çox gəlir əldə edir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31