10 noyabr razılaşmasından sonra keçirilən 8 görüşün ancaq birində siyasi nəticə əldə edilib

"Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üzrə komissiyanın üçüncü iclası noyabrın 3-də Brüsseldə keçiriləcək. Təəccüblü deyil, çünki 10 noyabr razılaşmasından sonra keçirilən 8 görüşün ancaq birində siyasi nəticə əldə edilib, o da Aİ-nin moderasiyasında". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Yeganə Hacıyevanın sözlərinə görə, digər razılaşmalarda sadəcə humanitar və təhlükəsizlik məsələlərində texniki addımlar olub: "Odur ki, delimitasiya və demarkasiya üzrə nəticə də Brüsseldə olsa təəccüblənməyək. Ukraynadakı müharibə Rusiyanın qlobal hərbi güc olması haqqında mifi dağıtdı, Cənubi Qafqazda növbəti mif dağılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31