"İlham Əliyev Emmanuel Makron və Fransanın digər rəsmi şəxslərinə aydın mesaj verdi"- ÖZƏL

"Azərbaycanla   Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu 2005-ci ildə, Əməkdaşlıq Memorandumu isə 2014-cü ildə imzalanıb. Azərbaycan liqada müşahidəçi statusuna malikdir. 

22 ərəb ölkəsinin birləşdiyi liqada Qarabağ münaqişəsində Azərbaycana dəstək verildiyi kimi, Azərbaycan da Fələstin, Cibuti, Yəmən, Sudan, Liviya kimi dara düşən ölkələrə zaman-zaman humanitar yardımlar göndərmişdir. Xatırladım ki, 2013-cü ildə Ərəb Liqası Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləmişdir".

Bu sözləri Olaylar.az-a politoloq Orxan Vəliyev deyib.

"Prezident İlham Əliyevin nüfuzlu tədbirə Fəxri qonaq kimi dəvət edilməsi Azərbaycanın Ərəb dünyası ilə əlaqələrinin yüksək səviyyədə inkişaf etməsinə işarədir. 

Azərbaycanın da ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığından başqa bir də ortaq problemi vardır ki, bu da bölgədə məzhəbçi siyasət aparan İrandır. İranın  məzhəbçilik adı altında fars millətçiliyi ideologiyasını yayma fəaliyyətindən Suriya, Livan, Yəmən, Səudiyyə kimi bir çox ərəb dövləti əziyyət çəkir, İslam dünyasını milyonlarla insanın həyatına son qoymuş, torpaqlarından qaçqın düşmüş qanlı savaşlara çəkir.

Başqalarını işğalçılıqda ittiham edən İran, Birləşmiş Ərəb Əmirliklərinin ərazisi olan Əbumusa, Böyük və Kiçik Tunb adalarını işğal altında saxlayır.

İslam dünyasına problem yaradan digər ölkə İranda 1979-cu il Xomeyni inqlabına ən böyük dəstəyi verən Fransadır ki, anti-Azərbaycan siyasəti ilə xüsusi seçilir. Prezident İlham Əliyev liqada çıxışı zamanı Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliamı,  iyrənc müstəmləkə keçmişini xatırlatmağı ilə Emmanuel Makron və Fransanın digər rəsmi şəxslərinə aydın mesaj vermiş oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31