Ermənistanın Soçi Bəyənatını icra edəcəyi şübhə altındadır - ÖZƏL

Ermənistan tərəfindən Soçi Bəyənatının tam şəkildə icra ediləcəyi şübhə altındadır. İndiyə qədər Ermənistanın beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən razılaşmaya etinasız yanaşması bu qənaətə gəlməyə əsas verir.  Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyası Prezidentinin birgə qəbul etdiyi Soçi Bəyanatında da elə müddəalar var ki, işğalçı dövlətin onu icra edəcəyi inandırıcı görünmür. Byənatda göstərilir ki,  "Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğumuzu təsdiq etdik. Qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşdıq". "Olaylar" xəbər verir ki, Ermənistan indiyə qədər heç bir humanitar razılaşmanı yerinə yetirməyib. Hətta hərbi və mülki əsirlərin geri qaytarılması məsələsində riyakarlığa əl etıb. Başqa bir məsələ Cənubi Qafqazda davamlı iqtisadi inkişafın təmin edilməsilə bağlı öhdəliklə bağlıdır. Ermənistan başa düşür ki, regionda sülhün və təhlükəsizliyin təmin olunması davamlı iqtisadi inkişafa təkan verə bilər. Zəngəzur dəhlizinin açılması isə Ermənistan iqtisadiyyatına kifayət qədər divident gətirə bilər. Bu dəhlizin reallaşması işğalçı dövlətin iqtisadiyyatının inkişafına yeni imkanlar yaradır. Lakin bütün sadalananlara baxmayaraq, Ermənistan üçtərəfli razılaşmanı icra etməkdən boyun qaçırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31