"Soçi görüşü Azərbaycanın diplomatik qələbəsi idi"- ÖZƏL
2 Noyabr 2022 12:37 Siyasət"Prezidentin Soçi görüşündə söylədiyi fikirlər olduqca önəmlidir. Çünki,o, söylədi ki, Qarabağ məsələsi iki il öncə həll olunub. Belə bir münaqişə yoxdur. Bitmiş münaqişə münaqişə sayılmır. Bu, münaqişə sülh yolu ilə olmasa da, güc yolu ilə həll edildi. Və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.
"Birincisi ondan ibarət idi ki, cənab prezident Azərbaycanın iradəsini ortaya qoymaqla Azərbaycanın qırmızı xətti sayılan Dağlıq Qarabağın məsələsinə birmənalı şəkildə yox dedi. Ikincisi Moskva tırıfindən irəli sürülən və iddia edilən Dağlıq Qarabağın statusu məsələsinin təqdim olunacaq sənəddə yer alması məsələsinə son qoyuldu. Buna da qısaca deyə bilərik ki, Soçi görüşü Ermənistanın siyasi iflası, Azərbaycanın diplomatik qələbəsi idi".