Fransanın apardığı çirkin siyasətə verilən mükəmməl cavab - ÖZƏL
2 Noyabr 2022 11:31 SiyasətAzərbaycan Respublikasının prezidenti İlham Əliyev həmişəki kimi öz uğurlu diplomatik gedişləri ilə ölkəmizə qarşı məkirli planlar cızan, Azərbaycanı hər fürsətdə ləkələməyə çalışan dövlətlərə, onların rəhbərlərinə öz mesajlarını ünvanladı, onları ədalətli olmağa səslədi. Bu günlərdə Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı bunun əyani şahidi olduq.
Siyası ekspert Çingiz Şahbazi "OLAYLAR"-a verdiyi açıqlamada deyib ki, dövlət başçısı sözügedən zirvə toplantısında çıxışı zamanı Fransanın müstəmləkəçi, qətliam və qırğınlar törədən bir ölkə olduğunu bu mötəbər kürsüdən dünyaya bir daha çatdırmış oldu: "Prezident İlham Əliyev toplantıda çıxışı zamanı Fransanın Əlcəzairdə törətdiyi qətliamlardan söz açıb. O, "Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir qətliam aparıb. Bu dəhşətli qətliam 1.5 milyon əlcəzairlinin ölümü ilə nəticələnib", deyərək xüsusi qeyd edib".
Ekspertin sözlərinə görə, Azərbaycan Prezidentinin bu addımını, etdiyi çıxışı Fransanın ölkəmizə qarşı apardığı çirkin siyasətə verilən mükəmməl cavab hesab etmək olar: "Həm də bu o deməkdir ki, ölkəmizə qarşı hər hansı bir şər böhtan, əsla cavabsız qalmayacaq".