Prezident Zirvə toplantısında Ermənistanı ifşa etdi - ÖZƏL

"Prezidenti İlham Əliyevin noyabrın 1-də Əlcəzairə səfəri və Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı bir çox aspektdən xüsusi önəm daşıyır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə,  Ermənistan son ilə ərəb ölkələri ilə əlaqələrin gücləndirilməsi üçün səylə çalışır. Bir sıra ərəb ölkələrində güclü erməni diasporu fəaliyyət göstərir: "Prezident İlham Əliyev çıxışında bir çox vacib məqamlara toxundu. Onun xüsusilə Fransa ilə bağlı dedikləri diqqət çəkicidir.  Prezident İlham Əliyev növbəti dəfə Fransanı ifşa etdi. O qeyd etdi ki: "Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib". Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxşında Ermənistanı da ifşa etdi. Ermənistanın 30 il Azərbaycan torpaqlarını işğal altında saxladığını, 67 məscidi barbarcasına dağıtdığını, 1 milyona yaxın mina basdırdığını, Azərbaycanın ədaləti bərpa etdiyini qeyd etdi.Səfər ərəb ölkələri ilə Azərbyacan arasında əlaqələrin inkişafına da ciddi təsir göstərəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31