Ermənistan regionda geosiyasi durumu gərginləşdirir - ÖZƏL
2 Noyabr 2022 10:10 Siyasət"Əvvəlki görüşlərin davamı olaraq 31 oktyabr 2022-ci il Soçi şəhərində keçirilən üç tərəfli Azərbaycan-Ermənistan-Rusiya görüşündə bir daha Ermənstanın Baş naziri Nikol Paşinyanın diqqətinə çatdırıldı ki, özünün imza atdığı 10 noyabr 2022-ci il bəyənnaməsinin şərtlərinə əməl etmək lazımdır". Bunu "Olaylar"a deyən Azərbaycan KP MK -nın sədri, KPİ - Sov. İKP İK MŞ üzvü Rauf Qurbanov bildirib ki, çox təssüflər olsun ki, Ermənistan tərəfi bu günə kimi müxtəlif bəhanələrlə bəyənnamədə qəbul olunmuş şərtlərin icrasını ləngidir: "Beynəlxalq təşkilatları, dünyanın aparıcı dövlərlərinin Qarabağ məsələsinə cəlb etməklə sülh müqaviləsinin bağlanmasının vaxtını uzadır. Bu da ümumilikdə regionda geosiyasi durumu gərginləşdirir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə açıq -aydın qeyd etdi ki, artıq Qarabağ münaqişəsi tarixə kömülüb, problem iki il bundan qabaq öz həllini tapıb. Bu baxımdan da praktiki olaraq Qarabağ məsələsinin yenidən müzakirə olunmasına lüzum yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması gəlincə isə, əlbəttə, bu istiqamətdə çox ciddi addımların atılması tələb olunur. Azərbaycan bu sahədə Rusiyanın roluna böyük ümid bəsləyir və Ermənistanın da qarşılıqlı fəaliyyət göstərməsini tələb edir".