TBMM Azərbaycana hərbçi göndərilməsi ilə bağlı təklifin müddətini daha bir il uzatdı

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyası Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərmək üçün Azərbaycana hərbçi göndərilməsi ilə bağlı təklifin müddətini daha bir il uzadıb.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının uzadılması barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından qanun layihəsi ötən ay Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

Qeyd edək ki, atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31