“Parlament-QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda ictimai dinləmənin keçirilməsi - ÖZƏL

Rauf Zeyni: "Ölkədə uğurla həyata keçirilən  siyasi islahatların tərkib hissəsidir"

Milli Məclisdə "Parlament-QHT əməkdaşlığının gücləndirilməsi" mövzusunda ictimai dinləmənin keçirilməsi qanunverici orqanla vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin möhkəömləndirilməsi, bu sahədə yeni yanaşmarın ortaya qoyulması baxımından əhəmiyyətlidir. Bu fikirləri "OLAYLAR"-a  Milli QHT Forumunun prezidenti Rauf Zeyni səsləndirib. Təşkilat sədri qeyd edib ki, bu həm də Azərbaycanda siyasi sahədə uğurla həyata keçirilən islahatların tərkib hissəsidir: "Bildiyiniz kimi bir müddət əvvəl də qanunverici orqanda yeni qanun layihəsi ətrafında siyasi partiyaların iştirakı ilə dinləmə keçirilmişdi. Hesab edirəm ki, istər siyasi partiya, istərsə də qeyri-hökumət təşkilatları ilə keçirilən bu kimi dinləmələr qanunverici orqanla hər iki təsisat arasında əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verəcək".

Rauf Zeyni hesab edir ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkəmizin təbliği istiqamıətində görülən işlər zamanı Azərbaycan parlamenti vətəndaş cəmiyyəti institutlarının imkanlarından da yararlana bilər. QHT Forumunun prezidentinin sözlərinə görə, müasir dövrdə dünyada dövlətlər iqtisadi hərbi siyasi gücu, həmçinin vətəndaş cəmiyyətinin inkişafı ilə də tanınırlar: "Etiraf edək ki, bir çox QHT-lər ayrı-ayrı ölkələrlə, oradakı müvafiq təşkilatlar, fondlarla, media qurumları ilə çox yaxşı əlaqələr qurub. Gələcəkdə koordinasiyalı şəkildə həyata keçiriləcək tədbirlər, atılacaq addımlar ölkədən kənarda səsimizin daha gur çıxması, eləcə də erməni təxribat maşınına qarşı mübarizədə daha mütəşəkkil fəaliyyət göstərməyimizə imkanlar yaradar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31