Rusiyalı diplomat Qarabağ məsələsinin həllini gələcək nəsillərə buraxmağı təklif edib- ÖZƏL
1 Noyabr 2022 14:35 SiyasətOlaylar.az xəbər verir ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Qarabağın status məsələsi haqqında təklif irəli sürüb. "Bizim fikrimizcə, Dağlıq Qarabağın statusu bütün bu məsələnin ədalətli həlli üçün məqbul şərtlər formalaşandan sonra gələcək nəsillərə buraxılmalı olan məsələdir"- deyə diplomat bildirib. Regional kommunikasiyaların bloklanması məsələsində Moskva konkret obyektin keçdiyi ölkələrin suverenliyinə hörmət etməyə çağırır. Bundan əlavə, Kopırkin Rusiyanın regionda vəziyyətin gərginləşməsinin qarşısını alan sülhməramlılar timsalında hərbi rolunu xatırladıb. Belarus prezidenti Aleksandr Lukaşenko isə Avropa İttifaqı və ATƏT-in Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə niyə cəlb olunduğunu anlamadığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31