"Türkiyənin daha da güclənməsi Azərbaycanın gücünə güc qatacaq"- ÖZƏL

"Putin bir daha bəyan edib ki, bəlli səbəbdən Rusiya öz təbii qazını Türkiyə üzərindən Avropaya ötürəcək".Olaylar.az xəbər verir ki, bu sözləri politoloq Elbəyi Həsənli deyib.

"Rusiya prezidenti deyib ki, Ərdoğanla anlaşmaq çətindir, ancaq anlaşdıqdan sonra heç bir problem olmur. Çünki Ərdoğan sözünün ağasıdır...

Putin bildirib ki, Qara dəniz üzərindən təbii qazın Türkiyəyə ötürülməsi üçün görüləsi işlər qısa müddət ərzində həyat keçiriləcək...

Heç şübhəsiz ki, Avropaya ötürmək üçün Rusiyadan Türkiyəyə gələn qaz nəhəng bir layihədir və həm siyasi, həm də iqtisadi baxımdan Türkiyəyə böyük üstünlüklər verəcək. Rusiya ilə Türkiyə arasında münasibətlərin daha da yaxınlaşmasına səbəb olacaq. Müvafiq olaraq Türkiyənin Rusiyaya təzyiq imkanları artacaq. O aydındır ki, Türkiyənin daha da güclənməsi Azərbaycanın gücünə güc qatacaq..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31