“Soçi görüşü ilin sonuna qədər sülh müqaviləsinin bağlanmasının mümkün olmadığını göstərdi” - ÖZƏL
1 Noyabr 2022 12:45 Siyasət"Soçi görüşü ilin sonuna qədər sülh müqaviləsinin bağlanmasının mümkün olmadığını göstərdi". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib. Bildirib ki, Soçi görüşü Qarabağ mövzusunun Azərbaycan - Rusiya dialoqu, Türkiyə- Rusiya dialoqu ilə müzakirə ediləcəyini göstərir: "Soçi görüşü Paşinyanın heç bir təklifinin nəzərə alınmadığını göstərdi. Bu arada, Paşinyanın əsl rəqibi Ruben Vardanyan açıqlama verərək, dünənki bəyanatın separatçıların maraqlarına cavab vermədiyini qeyd edib. Məncə, Nikol Vardanyanı bələkdən çıxmağa qoymamalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31