QHT-lərlə bağlı qanun dəyişdirilir
1 Noyabr 2022 12:45 Siyasət"Qeyri-hökumət təşkilatları haqqında" və "Qrant haqqında" qanunlara dəyişikliklər təklif olunur. "Olaylar" xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azay Quliyev "Parlament - QHT əməkdaşlığının gücləndirilməsi" mövzusunda ictimai dinləmədə deyib. Onun sözlərinə görə, dəyişikliklər müsbət qiymətləndirilir. Azay Quliyev dəyişikliklərlə bağlı QHT-lərin təkliflərinin vacib olduğunu bildirib.
Qeyd edək ki, Milli Məclisdə "Parlament - QHT əməkdaşlığının gücləndirilməsi" mövzusunda ictimai dinləmə keçirilir. Dinləmə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin noyabrın 1-də keçirilən iclasının gündəliyinə daxil edilib.