Soçi bəyənatına Qarabağ sözünün salınmaması kimə sərf edir? - ÖZƏL
1 Noyabr 2022 12:25 SiyasətSoçi bəyənatına Qarabağ sözünün salınmaması ölkə ictimaiyyəti tərəfindən müxtəlif reaksiyalara səbəb olub. Xüsusən, siyasi ekspertlər bunu ölkə diplomatiyasının növbəti qələbəsi kimi dəyərləndirirlər. Bəyənatda qeyd edilir ki, "Güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəldik". "Olaylar"ın məlumatına görə, siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Soçi bəyanatında Qarabağla bağlı heç bir qeyd yer almayıb: "Ermənistan bu məsələnin gündəmə gətirməyə çalışacağını bəyan etmişdi, lakin görüşdən öncə Əliyevin də bəyanat etdiyi kimi, münaqişə iki il öncə başa çatıb və Qarabağ, orada yaşayan ermənilər Azərbaycanın daxili məsələsidir; üçtərəfli görüşdə bu bir daha təsdiq olundu. Xankəndində "mitinq şousu" da nəticəyə təsir etmədi və Bakı bu məsələdə yenə istədiyini aldı".
"Türküstan" Media Qrupunun rəhbəri, "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal qeyd edib ki, əslində, dünənki birgə bəyanatda Qarabağ sözü də olmalı idi: "Qeyd edilməliydi ki, "Rusiya və Ermənistan Qarabağda yaşayan ermənilərin Azərbaycan dövlətinə reinteqrasiyasına, Azərbaycan dövlətinin bu bölgədə yuridiksiyasını bərqərar etməsinə köməklik göstərəcəklər". Bu yöndə mexanizmlər olmadıqca, məsələ qeyri-müəyyən qaldıqca, Azərbaycanın Xankəndi, Xocalı, Xocavənd üzərində nəzarəti necə, hansı formada, nə zaman təmin ediləcək..."