Terrorçuluq fəaliyyəti həyata keçirən İran və Ermənistanın maraqları üst-üstə düşür - ÖZƏL

"Ermənistanın baş naziri Nikol Paşinyanın İran səfəri İrəvanın Tehranla yeni ittifaq qurmasına yönəlib. İran Ermənistandan sonra 30 il ərzində Azərbaycanın işğal olunmuş torpaqlarını viran qoyan ikinci dövlətdir". Belə bir açıqlama ilə çıxış edən politoloq Vüqar Əhmədov "OLAYLAR"-a bildirib ki, İran Azərbaycan torpaqlarının 30 il işğalda qalma fürsətindən istifadə edərək bu torpaqlarda qanunsuz işlər həyata keçirib: "Ermənistan demək olar ki, bölgədə tək qalıb, qonşu dövlətlərdən heç biri ilə normal münasibət qura bilməyib, bu səbəbdən bölgədə terrorçuluq fəaliyyəti həyata keçirən hər iki dövlətin maraqları üst-üstə düşür". Politoloqun sözlərinə görə,  Ermənistan çalışır ki, İrandan maddi və hərbi yardım alsın, İran ərazisindən nəqliyyat layihələri həyata keçirsin: "Ermənistanda tələsik açılan İran konsulluğu da bölgədə yeni regional layihələrin qarşısını almağa yönəlib. Hər tərəfdən ümidləri üzülən Ermənistan indi də sanksiyalar altında olan və sivil dünyaya qarşı terror siyasəti həyata keçirən İranla yaxınlaşmağı özünün nicat yolu kimi görür. Lakin burada tək Ermənistanın deyil, İranın da çanfəşanlığını unutmamalıyıq. Zəngəzur dəhlizi ilə bağlı artıq real gəlişmələrin olduğunu görən İran Paşinyanı yanına çağıraraq bu layihələrin qarşısını almaq və ya ləngitmək üçün tapşırıqlarını verəcək. Çünki Zəngəzur dəhlizinin gerçəkləşməsində ən az maraqlı olan ölkə kimi İran görsənir. İran ehtiyat edir ki, Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması İranı bölgədən təcrid vəziyyətinə salacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31