QHT-lərin üzərinə böyük məsuliyyət düşür - Azay Quliyev
1 Noyabr 2022 12:04 SiyasətSentyabr ayında komitənin gündəliyi müəyyənləşərkən, parlamentin QHT-lərlə əməkdaşlığı əsas götürülüb. "Olaylar" xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azay Quliyev "Parlament - QHT əməkdaşlığının gücləndirilməsi" mövzusunda ictimai dinləmədə deyib."Parlament-QHT əməkdaşlığının gücləndirilməsi üçün işlər görülür. Parlamentin QHT-lərə yaratdığı şəraitə diqqət yetirilməlidir. QHT-lərin üzərinə böyük məsuliyyət düşür. Bu gün Azərbaycanın siyasi, diplomatik maraqlarını QHT-lər müdafiə etməlidir. Ölkəmizə qarşı diplomatik savaş hər kəsə məlumdur, burada QHT-lərin dəstəyi də vacibdir. Sizin parlamentdən gözləntiləriniz var, təbii ki, biz bu məsələni müzakirə etməyə hazırıq. Əsas sizlərin təklif və iradlarınızı dəyərləndirəcəyik. Eyni zamanda "Qeyri-hökumət təşkilatları haqqında" və "Qrant haqqında" qanunlara dəyişikliklər təklif olunur. Dəyişikliklər müsbət qiymətləndirilir. Bu baxımdan sizin təklifləriniz vacibdir", - deyə Azay Quliyev bildirib. Qeyd edək ki, Milli Məclisdə "Parlament - QHT əməkdaşlığının gücləndirilməsi" mövzusunda ictimai dinləmə keçirilir. Dinləmə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin noyabrın 1-də keçirilən iclasının gündəliyinə daxil edilib.