"ABŞ üçün də Azərbaycan vazkeçilməz bir ölkədir"- ÖZƏL
1 Noyabr 2022 11:45 Siyasət"Praqa görüşündən sonra Ermənistan dəfələrlə bəyan etdi ki, bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalanacaq. Bu bəyanatın arxasında elə Azərbaycanın Dağlıq Qarabağ və Ermənistanda həyata keçirdiyi hərbi əməliyyatların nəticəsi dayamırmı? . O da aydındır ki, sülh sazişinə Ermənistan imza atmayana qədər həmin yüksəklilərdən Azərbaycan Ordusu çıxan deyil. Paşinyan özü öz diliylə dedi ki, dünyanın bütün aparıcı dövlətləri Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. 44 günlük müharibədən əvvəl vəziyyət necə idi? Ortada Azərbaycanın hərbi gücü olmasa, Dağlıq Qarabağa münasibət bu səviyyədə birmənalı ola bilərdimi?"
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Elbəyi Həsənli deyib:
"Bəli, Ermənistan süni şəkildə prosesi uzatmağa çalışır. Ümid edir ki, tezliklə dünyada gedən proseslər Ermənistanın xeyrinə dəyişəcək. Dəyişəcəkmi? Məncə, bu, mümkün deyil. Çünki Ermənistan kasıb və son dərəcə zəif bir ölkədir. Azərbaycan isə son dərəcə güclüdür. Üstəlik, Avropa Birliyi üçün Rusiya qazına alternativ rolunda çıxış edir. Yəni Avropa Birliyi üçün Azərbaycan açar ölkədir. Bu barədə Qərb mətbuatı və Qərbin beyin mərkəzləri dəfələrlə yazıb.
Mustafası o ki, Azərbaycanın müttəfiqi təkcə Türkiyə deyil. Ən azı Böyük Britaniya və İsrail Azərbaycanın yanındadır. Pakistanı heç demirəm. Soruşuram, Avropa Birliyi üçün Ermənistanın hansı önəmi var? Sıfır. Avropa Birliyinə daxil olan neçə ölkə Azərbaycanın yanındadır? Onu da biləsz ki, ABŞ üçün də Azərbaycan vazkeçilməz bir ölkədir. Amerika erməni lobbisinin çığır-bağırına baxmayaraq hər il Azərbaycana 120 milyon dollarlıq hərbi yardım göstərir. Ermənistan isə belə bir yardım almır...
Rusiya üçün də Azərbaycan son dərəcə önəmli ölkədir. Xüsusən indi. Niyə? Rusiya sanksiyalar ucbatından qaz və neftini Qərbə sata bilmir. Ancaq Azərbaycan üzərindən bunu etmək olar. Mən əminəm ki, edirlər də...
Zəngəzur dəhlizi də mütləq açılmalıdır. Sanksiyalarla üzləşən Rusiyanın bütün dünya ilə əlaqələri kəsilib. Ən azı Zəngəzur dəhlizi üzərindən Rusiya Türkiyə ilə dəmir yolu əlaqəsi yarada bilər...
Azərbaycan real gücdür. Cənubi Qafqazda dominant ölkədi. Özü də bu, bugünün söhbəti deyil. Aleksandr Düma yazırdı ki, farnsız dili Avropa üçün nədirsə, türkcə də Qafqaz üçün eyni rola malikdir. Yəni Cənubi Qafqazda söz sahibi olmaq istəyən ölkə öncə Azərbaycanla anlaşmalıdır. Rəsmi Bakı kimsəyə başqa yol qoymayıb..."