“Xalq diplomatiyası” təşəbbüsü xalqlar arasında etimad mühiti yarada bilərmi? - ÖZƏL

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyası Prezidentinin birgə qəbul etdiyi Soçi Bəyanatında Azərbaycan və Ermənistan ictimaiyyəti arasında etimad mühitinin formalaşmasına hesablanmış müddəa da əksini tapıb. Sənəddə qeyd edilir ki, "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin, ekspert birliklərinin nümayəndələri və dini liderlər arasında Rusiyanın köməyi ilə dialoqu davam etdirmək üçün, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin cəlb edilməsi üçün müsbət ab-hava formalaşmasının vacibliyini vurğuladıq". "Olaylar" xəbər verir ki, bəyənata belə bir bəndin salınması heç də yenilik deyil: "Əvvəllər də "xalq diplomatiyası" adı altında təşəbbüslər olub. Xüsusən, dini liderlər və parlament nümayəndələri arasında dialoqun təşkil edilməsi təşəbbüsləri irəli sürülüb. Lakin hər dəfə Ermənistanın qeyri-konstruktivliyi ucbatından belə təşəbbüslərin reallaşması mümkünsüz olub. Buna baxçayaraq, sözügedən sənəddə "üçtərəfli parlamentlərarası əlaqələr" ifadəsinin salınması müəyyən mənada ümid yaradır ki, Rusiyanın təşəbbüsü ilə hansısa addımlar atıla bilər. Lakin hazırki şəraitdə belə dialoqların baş tutmasl real görünmür. Çünki Ermənistan siyasi elitası 44 günlük Vətən müharibəsində itirdiklərindən nəyisə geri qaytarmaq üçün bütün aqressiv vasitələrdən istifadə etməyə fokslaşıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31