Ermənistanın köhnə ssenarisi də effekt vermədi - ÖZƏL
1 Noyabr 2022 11:01 Siyasət"Xankəndində təşkil olunmuş mitinq məqsədyönlü şəkildə təşkil olunmuş təxribat idi. Sosial şəbəkələrdə yayılmış şəkillərə baxandada görmək olur ki, insanları zorla avtobuslara yığaraq izdiham yaratmaq üçün Xankəndiyə gətiriblər. Bununla Soçidə gerçəklən görüşün nəticələrinə təsir göstərməyə cəhd etdilər". "Olaylar" xəbər verir ki, bunu deyən "İslahatçı Qadınlar və İnnovasiyalar" İB-nin sədri Vüsalə Hüseynli qeyd edib ki, etiraz aksiyasının xətti və mahiyyəti eyni idi: "1988-ci il effekti yaratmağa çalışmışdılar və hətta aksiyada səsləndirilən şüarlar da eynilik təşkil edirdi. Büdcədən maliyyələşən qurumların işçilərinin hamısını toplayıblar. Aksiyanın baş tutması onu göstərdi ki, burada Rusiya sülhməramlılarının da əli var. Elə Rusiya mediasında Azərbaycana qarşı başlanan kampaniya və bu aksiyanın təşkilinə qədər gedib çıxan riyakar oyun bir daha rəsmi Moskvaya işarə edir. Görünür ki, Rusiya burada öz məqsədlərini reallaşırmaq istəyir. Ancaq bəzi məqanları unudur. O da nə Rusiyanın, nə də Azərbaycanın əvvəlki dövrünün olmamasıdır".