Zəngilanın regional mərkəzə çevriləcəyinə əminik - Vahid Hacıyev
31 Oktyabr 2022 20:31 SiyasətZəngilan şəhərinin qısa müddət ərzində regional mərkəzə çevriləcəyinə əminik.
Olaylar.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev "Twitter" hesabında bildirib.
"Bu gün Ümumdünya Şəhərlər Günüdür. İşğal dövründə tamamilə dağıdılmış Zəngilan şəhərinin qısa müddət ərzində dayanıqlı əsaslarla yenidən qurulacağına, proqressiv innovasiyalarla regional mərkəzə çevriləcəyinə əminik. Artıq bu sahədə bir çox iş başladılıb", - deyə Vahid Hacıyev bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31