Paşinyan: "Rusiyanın təklif etdiyi layihə bizim üçün məqbuldur"
31 Oktyabr 2022 16:06 Siyasət"Qarabağ məsələsinə gəldikdə isə, Ermənistan-Azərbaycan dövlətlərarası münasibətlərinin normallaşması ilə bağlı Rusiyanın təklif etdiyi layihə bizim üçün məqbuldur".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə Soçidə keçirdiyi görüşdə deyib:
"Ermənistan üçün vacib olan məsələ Azərbaycan qoşunlarının suveren ərazimizi və Qarabağda rusiyalı sülhməramlıların nəzarətindəki əraziləri tərk etməsidir. Ermənistan ərazisindən keçən kommunikasiyalar isə Ermənistanın nəzarətində olmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31