Həlledici görüş həlledici döyüşün vaxtını yaxınlaşdıracaq - Elvin Basqallı
31 Oktyabr 2022 16:34 SiyasətXankəndində bugün keçirilən mitinq əslində erməni xalqının müharibə istəməsi mesajı idi. Putin bir neçə gün öncəki açıqlaması ilə Avropada əldə edilmiş bütün razılıqlara zərbə endirdi, Paşinyan dəhliz olmayacaq deməklə müharibənin labüdlüyünü göstərdi. Rusiyanın əlində tərəflərə təqdim olunacaq sülh razılaşması var və bu çoxbəndli təklifdə rus sülhməramlılarının bölgədə uzunmüddətli qalması da var. Həlledici görüş həlledici döyüşün vaxtını yaxınlaşdıracaq, heç bir halda bu iki qatı düşmən xalq şiddətli müharibə olmadan sülhə gələ bilməz. 30 il özünü qalib hiss etmiş ermənilər təslimiyyətlərinə inanmır, 2 ildir öz torpaqlarını döyüş yolu ilə qaytarmış azərbaycanlılar isə haqlı olaraq güzəştə getmək istəmir. Qəzamız mübarək!
Elvin Basqallı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31