“Bayraktar”a mahnı qoşan Ukrayna indi “Byraktar”ları gərəksiz hesab edir?
31 Oktyabr 2022 16:28 SiyasətCənab Ərdoğan və cənab Putin arasında Astanada keçirilən görüşdən dərhal sonra (oktyabrın 19-u) ukraynanın silah məsləsində məsul şəxslərindən olan Serhi Paşinskini "Bayraktar TB2" pilotsuz təyyarələrini tənqid edən video-müraciət yayımladı: "Mən buna qarşı idim (söhbət Ukraynada Türkiyə ilə birlikdə "Bayraktar"ın birgə istehsalından gedir), çünki onlar hava hücumundan müdafiə sistemlərinə qarşı çox zəifdir. Onların hamısı bir həftə ərzində vuruldu. Bu dronlar avtonom işləyə bilmir və hava hücumundan müdafiə sistemləri tərəfindən bir anda vurulur və heç bir döyüş effektivliyi yoxdur".
Bayraktara mahnı qoşan Ukrayna tərəfindən belə bir açıqlamanın verilməsinə Haluk Bayraktar həmən münasibət bildirdi və dedi ki, əgər belədirsə, onda Rusiya ilə özünüz vuruşun...
Ukraynada "Bayraktar"a münasibət nədən belə kəskin şəkildə dəyişdi? Əsində Türkiyə "Bayraktar"ın birgə istehsalı üçün artıq Ukraynada torpaq sahəsi almışdı. Hər şey sürətlə irəliləyirdi. Ancaq cənab Ərdoğanla cənab Putinin Astana görüşündən sonra vəziyyət dəyişdi. Niyə? Bu suala "bulgarianmilitary.com" saytı ətraflı cavab verib. Həmin görüş zamanı Putin Ərdoğana təklif edib ki, Rusiya qazı Qara dəniz üzərindən Türkiyəyə axıdılsın və Türkiyə təbii qazın Avorpaya tranziti üçün hub-a (mərkəzə) çevirilisin. Ərdoğan bu təklifə müsbət cavab verib. Təbii ki, cənab Putin Ukraynada "Bayraktar" istehsalı ilə bağlı gedən proseslərin durdurulmasını istəyib. Cənab Ərdoğan da bu istəyi nəzərə almalı olub. Bundan xəbər tutan Ukrayna tərəfi "Bayraktar"lara qarşı əks-təbliğat kampaniyası başlayıb...
Onu da deyim ki, xeyli müddətdir ki, Türkiyə Ukraynaya silah satışı dayandırıb.
Bu fakt bir daha onu göstərir ki, Rusiya-Ukrayna savaşıında Türkiyə öz milli maraqlarından çıxış edir. Ümumiyyətlə, bu savaşdan ən çox qazanan da cənab Ərdoğan və Türkiyə oldu...
