“Dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik.

"Dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik. Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir". Bunu prezident İlham Əliyev bildirib. Dövlət bundan artıq nə deməlidir? Azərbaycan ictimai-siyasi təşkilatları, hüquq müdafiəçiləri Güney Azərbaycana diqqəti artırmalıdır. Media qurumları Güneylə bağlı layihələr işləməlidir. Ötən əsrin 80-ci illərinin sonu, 90-ların əvvəlində Azərbaycan radiosunda Güney ləhcəsi ilə "Xəbərlər" proqramı yayılırdı. O cür proqramlar bərpa edilməlidir.

Elman Cəfərli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31