Azərbaycan Prezidenti öz nümunəsində liderliyin alternativsiz əlifbasını təqdim edir - Alqış Musayev

1. Sən lidersənsə, hər sözün, hər addımın, hər davranışın güvənc hissi doğurmalıdır.

İlham Əliyevi görən, ona qulaq asan hər kəs ona inanmaq, ona güvənmək istəyir.

Və ona inanırlar, etibar edirlər, birmənalı olaraq güvənirlər.

2. Sən lidersənsə, səninlə hesablaşmalıdırlar.

Prezidentin doğum günü ərəfəsində yerli kanallara danışan Vladimir Putin deyir:

"Hər məsələdə İlham Əliyevi razı salmaq asan deyil".

Bu gün Azərbaycanla, onun Lideri ilə hesablaşırlar.

Çünki ölkəmizlə, onun gələcəyi ilə bağlı bütün qərarlar Bakıda, İlham Əliyev tərəfindən verilir.

3. Sən lidersənsə, heç vaxt özünü vəziyyətdən asılı duruma salmamalısan.

Bu gün regiondakı vəziyyətin ahəngini İlham Əliyev diktə edir.

"Azərbaycan zəfər marşındadır" İfadəsi bəlaqət deyil, geosiyasi reallıqdır!

Bunu "Xalq qəzeti"nin baş  redaktoru  Alqış Musayev feysbuk hesabında yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31