Ermənistanın baş naziri Rusiyanı da pis vəziyyətdə qoyub

"Rusiya Prezidenti Putinin "Valday" forumunda Qarabağla bağlı söylədiklərinə dayanaraq demək olar ki, Soçi görüşünün təşkilində məqsəd Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasını və sülhü tezləşdirmək deyil. Əksinə görüş öncəsi Paşinyandan istənilən bu idi ki, Praqada və ondan da qabaq Brüsseldə əldə edilən ümidverici razılaşmaların üstündən xət çəkisin və pis vəziyyətdə qalsın". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə,  bizim irəli sürdüyümüz sülh təklifinə razı olduğunu, Qarabağ üzərində Azərbaycanın suverenliyini tanıyacaqlarını bildirməklə Ermənistanın baş naziri də Rusiyanı pis vəziyyətdə qoyub. Bu, sözügedən dövlətə Güney Qafqazda daha sənin forpostun olmaq, proksin  kimi çıxış etmək istəmirik demək idi: "Paşinyanın həmən açıqlamalarından sonra  Moskvanın sərgilədiyi davranış göstərdi ki, sən demə o, Qarabağ konfliktində  vasitəçi, hətta tənzimləyici də yox, tərəf, həm də Ermənistanın özündən daha "prinsipial" tərəf imiş. Bu, indiyədək də bilinirdi, amma daha belə açıq şəkildə gözlər önünə sərilməmişdi. Görünür, daha gizlədiləsi bir şey qalmadığındandır ki, Rusiya Ermənistanda və Qarabağın müvəqqəti kontrolunda olan hissəsindəki bütün agentura şəbəkəsini hərəkətə gətirərək dünən Xankəndində prinsipcə regionda sülh anlaşmasının əleyinə yönələn çoxminli mitinq də təşkil etdi. İndi Paşinyanın iki yolu var, o, ya diqtə edildiyi kimi Azərbaycanla Ermənistan arasında  qarşıdurma atmosferini qoruyub saxlayacaq davranış sərgiləməli, ya da Brüssel və Paraqa danışıqlarından sonra verdiyi açıqlamalara uyğun hərəkət etməlidir".

Onun sözlərinə görə, Ermənistan baş nazirinin iki gün öncə Rusiyanın Qarabağdakı hərbi kontingentinin orada daha 10-15-20 il qalmasını arzuladıqalrını dilə gətirməsi bu baxımdan heç də yaxşı əlamət deyil. Əlbəttə, başqa bir ölkənin Azərbaycan torpağındakı hərbi kontingentinin orada nə qədər qalacağını Paşinyan müəyyənləşdirmir və müəyyənləşdirə də bilməz. Amma bu,  Azərbaycanın öz torpaqları üzərində suverenliyinin tam təmininə qarşı olan bir mövqedir ki, onda onun qarşılığının da olacağı unudulmamalıdır: "Belə bir reallıqda rəsmi Bakı Soçi danışıqlarına razılıq verirsə, bu, dövlətimizin sülh adına heç bir fürsəti əldən buraxmadığını və Prezident İlham Əliyevinin təbirincə desək, bütün ssenarilərə hazır olduğunu ortaya qoyur. Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında indiyədək aparılan danışıqları göz önünə gətirsək, onu təşkil edənlərdən hansınınsa cənab İlham Əliyevə  öz iradəsini yeridə bildiyini görməmişik. Əksinə, Prezidentimiz  həmən görüşlədə maraqlarımıza cavab verməyən gündəlik varsa, onu ya neytrallaşdırıb, ya da lehimizə çevirib. Yəni Soçi görüşü haqda əminliklə onu deyə bilərəm ki,  orada itirən olacaqsa, bu, Azərbaycan olmayacaq.  Və kim nə oyun qurur-qursun, ikinci Qarabağ savaşında  düşməni diz üstə çökdürdüyümüz kimi öz torpaqlarımız üzərində suverenliyimizi də tam təmin edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31