Putin 3 dublyordan istifadə edir: “Bir-birlərinə bənzəmək üçün…” - FOTO
31 Oktyabr 2022 14:59 Siyasət"Vladimir Putin ona oxşamaq üçün plastik cərrahiyyə əməliyyatı etdirmiş ən azı üç dublyordan istifadə edir".
Bunu Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəhbəri, general-mayor Kiril Budanov deyib.
Budanov bildirib ki, dublyorlar müharibədən öncə də "xüsusi hallarda" Putini əvəz ediblər: "Biz davamlı olaraq görünən bu üç nəfər haqqında xüsusi məlumatlara sahibik. Ola bilər ki, onların sayı daha çox olsun. Onlar bir-birilərinə bənzəmək üçün plastik əməliyyatlar etdirirlər".

"Bu dublyorların özlərinə məxsus bir neçə xüsusiyyətləri var. Məsələn, boyları, jestləri və bədən dilləri fərqlidir. Çünki bunlar hər bir insan üçün unikal xüsusiyyətlərdir",- deyə, Budanov bildirib.
azpolitika.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31