Rusiya hərbi kontingentinin Qarabağda nə qədər qalacağı Paşinyanlıq məsələ deyil - ÖZƏL

"Ermənistanın baş naziri Paşinyan Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingentinin orada qalma müddətinin daha 10-15 il artırılmasını arzulayır. Rusiya hərbi kontingentinin Qarabağda nə qədər qalacağı artıq qətiyən Paşinyanlıq məsələ deyil. Əgər o, Moskvaya jest etmək istəyirsə, onda Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu 2044-cü ildən 2144-cü ilədək, yaxud da daha çox artırsın". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib. Bildirib ki,  Azərbaycan Prezidenti Qarabağın hazırda  Rusiya hərbi kontingentinin müvvəqqəti kontolu altında yaşayanların təhlükəsizliklərinə və reinteqrasiyadan sonra onların dolanışıqlarının indikindən qat-qat yaxşı olacağına təminat verib: "Guya Qarabağdakı hayların təhlükəsizliyindən və gələcəyindən narahat olduqları üçün Rusiya hərbçilərinin orada qalmalarını istədiklərini deyənlər yaxşı anlayırlar ki, cənab İlham Əliyev sözü ilə əməli üst-üstə düşən dövlət adamıdır. Əgər digər Azərbaycan vətəndaşları  necə Qarabağdakı hayların da o cür təhlükəsiz və əmin-amanlıq içində yaşayacaqlarını vəd edirsə, demək elə də olacaq. Ona görə də orada hər hansı bir ölkənin hərbi kontingentinin qalmasına ehtiyac yoxdur. Ancaq haylar Qarabağda qalıb yaşayacaqlarsa, azərbaycanlıların da Göyçəyə, Zəngəzura-öz dədə-baba torpaqlarına qayıtmaq haqları var. Onların təhlükəsizlinyini təmin etmək üçün Rusiya hərbi kontingentini Qarabağdan  çıxarıb Zəngəzur və Göyçəyə göndərilə, Paşinyan isə bununla bağlı 10-15 illik bir anlaşma imzalaya bilər. Ən doğrusu isə bunun üçtərəfli anlaşma olmasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31