"Moskva" Bəyannaməsi Kreml tərəfindən suya atıldı - ÖZƏL

Xankəndindəki etiraz aksiyaları Rusiyanın Azərbaycana mesajıdır
 "Soçi görüşü sülhə deyil, Rusiyanın Azərbaycan ərazisində etnik ermeniler vasitəsilə, yenidən separatizm ocağını saxlamağa xidmət edir. Xankəndində təşkil edilən kütləvi etiraz aksiyaları məhz Azərbaycana Rusiyanın mesajıdır". "Olaylar"ın məlumatına görə, MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiyanın sülh planı N. Paşinyanın siyasi maraqlarına da xidmət etmir: "N. Paşinyanın Rusiyanın planını qəbul edirəm açıqlaması blefdir. Onun  danışığına baxmayaraq Rusiyanın sülh təklifini imzalamaz. İlk növbədə Qərbyönümlü siyasət aparan Paşinyan beynəlxalq izolyasiya olunan və Ukraynada məğlub olan Rusiyanın sülh planını qəbul edərsə, ABŞ və Avropa İttifaqını qarşısına almaq olar. 
Xüsusilə, Vaşinqton və Brüsselin irəli sürdüyü sülh müqaviləsinin şərtlərini N. Paşinyan qəbul edib. Belə olan təqdirdə Rusiyanın sülh müqaviləsinin şərtlərini qəbul etməsi, ikili oyun oynamaqdı və Qərbin siyasətinə demarş gəlməkdir. N. Paşinyan bilir ki, Moskva iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına qarşıdır və Qarabağ problemini saxlamaqla onu hakimiyyətdən devirməyi planlayır. 
Məhz Rusiyanın təşkil etdiyi Xankəndində keçirilən etiraz aksiyaları  N.Paşinyanın siyasətinə qarşıdır. Bunu Rusiya təşkil edərək hər iki ölkəyə qarşı təzyiq edir. Qeyd edim ki, Kremlin bütün cəhdlərinə baxmayaraq Azərbaycan və Ermənistan Brüssel formatina üstünlük verəcək. Rusiya batan gəmidir, batan gəmiyə nə  Ermənistan, nə də Azərbaycan minəcək. Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda bir araya gələ bilərlər. Rusiya prezidenti "Valday" klubunda çıxışda Azərbaycanin müttəfiq olmadığını açıq şəkildə Ermənistanın müttəfiq olduğunu ela etdi. Belə olan təqdirdə müttəfiqliyi özündə əks etdirən "Moskva" Bəyannaməsi Kreml tərəfindən suya atıldı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31