Deputatımız beynəlxalq tədbirdə iştirak edəcək

Milli Məclisin deputatı Fazil Mustafa 3-cü Avrasiya Hüquq Qurultayında iştirak etmək üçün noyabrın 1-də Monteneqro Respublikasının Budva şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, tədbir Türkiyə Hüquq Platforması tərəfindənTürkiyə Ədliyyə Nazirliyi, Ankara Universiteti Dəniz Hüququ Milli Araşdırma Mərkəzi, Beynəlxalq Hüquqşünaslar Birliyi və Konstitusiya Hüquqşünasları Dərnəyi ilə birgə həyata keçiriləcək. 3-cü Avrasiya Hüquq Qurultayı "Dəniz hüququndakı aktual inkişaflar" mövzusuna həsr olunub. Toplantıya 40 ölkədən 300 nümayəndəqatılacaq. Deputatımız tədbirdə müzakirə olunacaq mövzu ilə bağlı öz fikirlərini açıqlayacaq. Səfər noyabrın 4-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31