Prezident İlham Əliyev Koreya Prezidentinə başsağlığı verib
30 Oktyabr 2022 11:22 SiyasətPrezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Yun Sok Yola başsağlığı verib.
Olaylar.az xəbər verir ki, başsağlığında aşağıdakılar bildirilir:
"Hörmətli cənab Prezident,
Seul şəhərində yaranmış izdiham nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi olduqca kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Koreya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31