"Biz görüşün özünü gözləməliyik" - Peskov
29 Oktyabr 2022 23:02 SiyasətSoçi görüşündə Rusiya sülhməramlılarının mandatının uzadılmasına dair sənədin imzalanmasının mümkünlüyü barədə Ermənistan Baş naziri Paşinyanın açıqlamasına Kreml reaksiya verib.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov RİA-ya deyib.
"Biz görüşün özünü gözləməliyik", - deyə Peskov bildirib.
Qeyd edək ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının mandatını 10-20 il uzatmağa hazır olduğunu bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31