Türkiyənin milli bayramının 99 illiyi  ilə əlaqədar Türkiyənin Qırğızıstandakı  səfirliyinin keçirdiryi möhtəşəm tədbirə  Türkdilli Dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov da qatılıb - FOTO

.Qırğızıstanın milli ənənəvi yurtunu xatırladan böyük restoranda keçirilən, Qırğızıstanın baş naziri Akılbek Japarovun da iştirak etdiyi, Türkiyənin milli bayramının 99 illiyi  ilə əlaqədar keçirilən  möhtəşəm  tədbirə Türkiyə cumhiriyyətinin Qırğızıstandakı fövqaladə və səlahiyyətli səfiri Əhmət Sadiq Doğanın şəxsi dəvəti ilə Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov da qatılıb.

Türkdilli Dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov fondun Bişkekdə 4 dildə, Azərbaycan, türk, rus və qırğız dillərində nəşr etdirdiyi "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" və mərhum professor B. Q. Tahirbəyovun müəllufi olduğu "Тюркское письмо. Каким ему быть?" rus dilində nəşr etdirdiyi monoqrafiyasını Türkiyə cumhiriyyətinin Qırğızıstandakı fövqaladə və səlahiyyətli səfiri Əhmət Sadiq Doğana hədiyyə etdi.

Şuşa bəyannaməsinin imzalanmasının ildönümü ərəfəsində  "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" və Türk dövlətlərinin vahid əlifbaya keçməyi düşündüyü bir vaxtda  mərhum professor B.Q. Tahirbəyovun müəllufi olduğu "Тюркское письмо. Каким ему быть?" rus dilində kitab şəkilində  nəşr edilən monoqrafiya  Türkiyə cumhiriyyətinin Qırğızıstandakı fövqaladə və səlahiyyətli səfiri Əhmət Sadiq Doğanın böyük marağına səbəb oldu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31