Dünyaya haqq səsimizi çatdırmaq üçün birgə hərəkət etməyə ciddi ehtiyac var - Ömər Kocaman

Dünyaya haqq səsimizi çatdırmaq üçün birgə hərəkət etməyə ciddi ehtiyac var.

Olaylar.az Trend-ə xəbər verir ki, bunu Şuşada səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Ömər Kocaman deyib.

"Haqlı davamızı dünyaya çatdırmaqda bəzən çətinliklər yaşayırıq. Düşünürəm ki, hər bir türk dövlətinin fərqli təcrübələri var. Həmin təcrübələrin paylaşılması çox önəmlidir. Dünyaya haqq səsimizi çatdırmaq üçün birgə hərəkət etməyə ciddi ehtiyac var. Bu səbəbdən dünən Bakıda, bu gün isə Şuşada keçirilən tədbirlər bizim üçün çox önəmlidir", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31