Rusiyanın Krasnodar üzərində suverenliyi nə deməkdirsə, Azərbaycanın Qarabağ üzərində suverenliyi də o deməkdir- ÖZƏL

"Prezident Putinin dünən "Valday" forumunda  Ermənsitanın Azərbaycanın Qarabağ üzərində suvereniyinin tanımağa hazırlaşdığına eyham vurub, buna mane törətməyəcəklərini bildirib, "buyursunlar" deməsi ilk baxışda xeyirxah bir yanaşma təsiri bağılayır. Amma burada unudulur ki, Rusiyanın Krasnodar üzərində suverenliyi nə deməkdirsə, Azərbaycanın Qarabağ üzərində suverenliyi də o deməkdir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, birincinin öz torpaqları üzərində suverenliyini hayların buna razı olub-olmadıqları və Azərbaycanın da onu dəstəkləyib-dəstəkləmədiyi müyəyyənləşdirmədiyi kimi, ikincininkini də yenə də həmən hayların istəkləri və Rusiyanın da bunun dəstəkləyib-dəstəkləmədiyi müəyyənləşdirə bilməz:
"Hər dövlətin öz torpaqları üzərində suverenliyi  beynəlxalq normalarla təsbit olunur, burada qonşunun istəyi, hansısa gücün onu dəstəkləyib-dəstəkləməməsi heç  bir rol oynaya bilməz və oynamamlıdır! Bundan başqa bir tərəfdən şərtlə də olsa, Azərbaycanın Qarabağ üzərində suverenliyinə qarşı cıxılmayacağı deyilir, digər tərəfdən Xankəndində Rusiya hərbi kontingentinin müvvəqqəti, amma tam kontrolu altında yaşayanlara reinteqrsiya əleyhinə aksiya keçirmək tapşırığı verilir, orada Moskva üçün daha əlverişli  "hakimiyyət" dəyişiklikləri edilirsə, burada sözlə əməlin üst-üstə düşmədiyi üzə çıxır. Görünür, Rusiyanın Azərbaycanla Ermənistan arasında tezliklə sülhün yaranamasında maraqlı olması, sözü gedən forumda "Nord Stream - 1" qaz kəmərini guya qəbin özünün partlatması və Ukrayna haqqında deyilənlər qədər doğrudur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31